Nazir: “Xarici ticarət saldosu 5,05 milyard dollar təşkil edib” - FOTO

İQTİSADİYYAT 29.04.2022 1482

“Bu ilin ilk rübündə ölkəmizin xarici ticarət əlaqələrində də müsbət dinamika qeydə alınıb”.

Bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov “Facebook” hesabındakı paylaşımında qeyd edib.

“2021-ci ilin ilk rübü ilə müqayisədə xarici ticarət dövriyyəsi 63,6% artaraq 10,91 milyard dollar, ixrac 92,9% artaraq 7,98 milyard dollar, idxal isə 15,6% artaraq 2,93 milyard dollar olub. Xarici ticarət saldosu 3,15 dəfə artıb və müsbət 5,05 milyard dollar təşkil edib”, - deyə nazir qeyd edib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top