Bir gün ərzində cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

HADİSƏ 29.04.2022 1261

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 60 cinayətin üstü “isti izlər”lə açılıb. Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb.

Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, əvvəlki dövrlərdən bağlı qalmış dörd cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 88 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 70 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında bir nəfərin ölümə və bir nəfərin xəsarət alması ilə nəticələnən bir yol-nəqliyyat hadisəsi baş verib.    

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 38, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı beş fakt müəyyən edilib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top