Türkiyədən “S-400”lərin tədarükü barədə yeni AÇIQLAMA

DÜNYA 28.04.2022 1454

Türkiyə ABŞ-ın etirazına baxmayaraq, Rusiyadan “S-400” zenit-raket komplekslərini almağa davam edəcək.

Bu açıqlama ilə Türkiyənin müdafiə sənayesi naziri İsmayıl Dəmir çıxış edib.

“Türkiyə Birləşmiş Ştatların nə deməsindən asılı olmayaraq, “S-400” ikinci partiyasını əldə etməyə hazırlaşır”, - İsmayıl Dəmir vurğulayıb.

Moskva və Ankara “S-400”lərin tədarükünə dair müqaviləni hələ 2017-ci ildə imzalayıb.

Beləliklə, Türkiyə bu sistemləri əldə edən ilk NATO ölkəsi olub.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top