40 il Ağ Evdə saxlanılan əsər hərraca çıxarılıb: 20 milyon dollara satılması gözlənilir - FOTO

DÜNYA 28.04.2022 1748

Amerikalı və alman rəssam Emanuel Loytzun 40 il Ağ Evin qərb qanadının qəbul otağını bəzəyən “Vaşinqton Delaveri keçir” (“Washington Crossing the Delaware” /1851)” əsəri mayın 12-ə təyin olunan hərraca çıxarılıb.

Bu barədə çərşənbə axşamı “Christie's” hərrac evi məlumat yayıb.

 

Hərracın təşkilatçıları rəsmin 15-20 milyon dollara satılacağını düşünür.

Loytz general Corc Vaşinqtonun (sonradan ABŞ-in ilk prezidenti olur) əsgərlərlə birlikdə qayıqlarda buzla örtülmüş Delaver çayı üzərindən keçməsinə həsr olunmuş üç rəsm çəkib. 1776-cı il dekabrın 25-dən 26-na keçən gecə həyata keçirilən bu hərəkət Vaşinqtonun qoşunlarına Trentonda ingilis ordusunun hissələrini məğlub etməyə imkan verib.

Rəsmin ilk versiyası Bremen İncəsənət Qalereyasında idi və 1942-ci ildə Bremenin bombalanması zamanı məhv olub. İkinci tam ölçülü versiya (378,5 sm x 647,7 sm) 1897-ci ildən Nyu Yorkun Metropoliten Muzeyində nümayiş etdirilir. Üçüncü versiya, rəsmin daha kiçik nüsxəsi, 1979-cu ildə onu Ağ Evə müvəqqəti verən, indi isə satmaq qərarına gələn şəxsi kolleksiyaçıya məxsusdur.

 


XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top