Keçmiş rəhbərindən intiqam almaq istəyərkən özünü yandırdı

DÜNYA 28.04.2022 1690

Hindistanın Maharaştra ştatından olan şəxs onu işdən çıxarmış keçmiş rəhbərindən intiqam almaq istəyərkən ölüb.

Hadisə aprelin 25-də baş verib. Atelyedə çalışan 35 yaşlı işçi işdən qovulmasını əsassız hesab edib. İntiqam almaq məqsədi ilə həmin gecə keçmiş rəhbərinə hücum edən şəxs onu yandırmaq istəyib. Lakin alov öz üzərinə sıçrayıb.

Hadisənin şahidi olan insanlar köməyə gəliblər. Bu zaman onlardan biri də ağır yanıq xəsarətləri alıb.

Nəticədə hadisəni törədən şəxs ölüb. Onun intiqam almaq istədiyi keçmiş rəhbəri və köməyə gələn yerli sakin xəstəxanaya çatdırılıblar. Onların hər ikisinin vəziyyəti ağır olaraq qiymətləndirilir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top