Çempionlar Liqası: “Liverpul” turnirin sensasiyalı komandasına qarşı - AFİŞA

GÜNDƏM 27.04.2022 1544

Bu gün UEFA Çempionlar Liqasında ikinci yarımfinal oyunu keçiriləcək.

Oxu.Az xəbər verir ki, “Liverpul” öz evində 1/8 finalda “Yuventus”, 1/4 finalda “Bayern”i turnirdən kənarlaşdırmış İspaniyanın “Vilyareal” klubunu qəbul edəcək.

Tərəflər 2016-cı ildə Avropa Liqasının yarımfinalında da üz-üzə gəliblər. O vaxt İspaniyada meydan sahibləri 1:0 hesabı ilə qalib gəlsələr də, “Enfild Roud”dakı qarşılaşmada “Liverpul” 3:0 hesabı ilə qələbə qazanaraq finala yüksəlib. “Liverpul”un həmin heyətindən Roberto Firmino və Ceyms Milner yenə komandadadırlar.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top