“Bakı Kristal Zalı”nın xalis mənfəəti 4 dəfə ARTDI

GÜNDƏM 27.04.2022 1431

Bakı Şəhər İcra Hakimiyyətinə məxsus “Bakı Kristal Zalı” MMC 2021-ci ili başa vurduğu mənfəətin məbləği açıqlanıb.

Oxu.Az şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, şirkət 2021-ci ili 29 min manat xalis mənfəətlə başa vurub, bu, 2020-ci illə müqayisədə 4 dəfə çoxdur.

Ötən il “Bakı Kristal Zalı”nın gəlirləri 3,035 milyon manat (əvvəlki ilə nisbətən 1,7% çox), xərcləri 2,999 milyon manat (0,8% çox), mənfəət vergisi ödəmələri isə 7 min manat (3,5 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Bakı Kristal Zalı”nın aktivləri 191,811 milyon manat olub ki, bu da illik müqayisədə 0,1% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 2,3 dəfə artaraq 244 min manata çatıb, balans kapitalı (həm də nizamnamə kapitalı) isə dəyişməyərək 191,567 milyon manat qalıb.

Xatırladaq ki, “Bakı Kristal Zalı” 2012-ci ildə yaradılıb.

XƏBƏR LENTİ
17.04.2024 3205

DİGƏR XƏBƏRLƏR

Loading
Top