Ölü toyuqları Sumqayıt çayına atan şəxs cəzalandırıldı

GÜNDƏM 27.04.2022 1140

Sumqayıt çayına bilərəkdən toyuq cəsədləri atan şəxs cəzalandırılıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Fərid Piriyev bildirib.

Onun sözlərinə görə, toyuq leşlərinin Sumqayıt çayına atılması ilə bağlı daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən araşdırılıb:

“Sözügedən əraziyə keçirilən baxış zamanı fakt təsdiqini tapıb. Araşdırma ilə tullantıların yaxınlıqdakı quşçuluq sexinə aid olduğu müəyyən edilib. Faktla bağlı akt, protokol tərtib edilərək quşçuluq sexinin sahibi Marif Muradov vəzifəli şəxs qismində 3500 manat məbləğində cərimə olunub”.

Xidmət rəsmisi qeyd edib ki, tullantıların ərazidən təmizlənməsi üçün məsul qurumlara göstəriş verilib:

“Təəssüf ki, hələ də belə məsuliyyətsiz hallarla üzləşməli oluruq və yaşadığımız mühitə etinasız yanaşmanın, ətraf mühitə laqeyd münasibət göstərən şəxslərin əməllərinin şahidi oluruq. 
Hər birimiz anlamalıyıq ki, ətraf mühitə vurduğumuz zərər özümüzə qayıdır. Gəlin yaşadığımız mühiti zibilləməyək, ətraf mühitin çirkləndirilməsinə imkan verməyək”, - deyə o qeyd edib.

Xatırladaq ki, ötən gün Xəzər dənizinə tökülən Sumqayıt çayına atılan ölü toyuqlar barədə məlumat yayılmışdı.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top