Şəhriyar Məmmədyarov ikinci qələbəsini qazanıb

GÜNDƏM 27.04.2022 1538

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının birinci mərhələsində növbəti görüşünü keçirib.

37 yaşlı qrossmeyster “Oslo Esports Cup”ın beşinci turunda niderlandlı Aniş Giri ilə üz-üzə gəlib. Qarşılaşma Məmmədyarovun 3,5:2,5 hesablı qələbəsi ilə başa çatıb.

Məmmədyarov ilk turda çinli Le Kuanq Lyeyə qalib gəlib, ardınca hindistanlı Rameşbabu Praqnanandhaya, kanadalı Erik Hansenə və polşalı Yan-Kşiştof Dudaya uduzub.

Qeyd edək ki, turnirin mükafat fondu 210 000 ABŞ dollarıdır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top