Fiziki məhdudiyyətli cütlük: “İmkansızlığa görə qohumlar bizdən imtina etdi” - VİDEO

GÜNDƏM 27.04.2022 983

Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişinin növbəti buraxılışında fiziki məhdudiyyətli cütlük öz hekayəsini paylaşıb.

Babək və Lamiyə cütlüyü 3 ildir ki, ailə həyatı qurub. Onların sevgisi 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində başlayıb. 

Birinci qrup əlil olan Babək İsmayılov deyir ki, Lamiyəyə “sevgi əngəl tanımaz” deyərək evlilik təklif edib. Ailələrinin narazılığına baxmayaraq, qərarlarından dönməyiblər.

İndi cütlüyün yeganə arzusu övlad sahibi olmaqdır. Lakin əlilliyə görə aldıqları pensiya müalicə xərclərini qarşılamağa yetmir.

Sözügedən verilişi təqdim edirik:

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top