ABŞ-ın Ukraynaya yeni hərbi yardımının tərkibi məlum olub

DÜNYA 26.04.2022 1557

Pentaqon Ukraynaya “Stinger” daşına bilən zanit-raket sistemləri (DZRS), “Javelin” tank əleyhinə idarə olunan raket kompleksləri (TİRK) və digər müvafiq hərbi texnika göndərəcək. Bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti “Twitter”də məlumat yayıb.

"ABŞ Hərbi Hava Qüvvələrinin pilotları 2022-ci ilin aprel ayının sonuna qədər Dover Hərbi Hava Qüvvələri bazasında Ukraynaya göndərməyi planlaşdırdıqları “Stinger” zenit sistemləri, “Javelin” tank əleyhinə raket kompleksləri və digər avadanlıqlardan ibarət sursat yükünü hazırlayır" – deyə mesajda bildirilir.

Yeni hərbi yardım paketi haqqında məlumat aprelin 21-də açıqlanıb, bu barədə ABŞ prezidenti Co Bayden Ağ Evdə çıxışı zamanı bildirib. Hökumət mənbələrindən verilən məlumata görə, daha sonra yeni paketin tərkibində Ukraynaya artilleriya qurğuları, uzaqmənzilli raket sistemləri və gəmi əleyhinə raketlərin də göndərilməsi nəzərdə tutulur.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top