Çernobıl faciəsindən 36 il ÖTÜR - FOTO

GÜNDƏM 26.04.2022 1571

Çernobıl atom-elektrik stansiyasında (AES) baş vermiş dəhşətli faciədən 36 il ötür.

Oxu.Az xəbər verir ki, 1986-cı il aprelin 26-da Ukraynanın Kiyev vilayətində yerləşən Çernobıl atom-elektrik stansiyasının dördüncü enerji blokunda yanğın baş verib. Alov genişlənərək üç bloku bürüyüb.

Hadisədən sonra həyat üçün təhlükəli olan radioktiv duman yaranıb. Nəticədə 17 milyon insanın yaşadığı 11 rayonun atmosferi zəhərlənib.

Stansiya partlayandan sonra yaranmış radioaktiv buludun böyük hissəsi Şərqi Avropaya doğru hərəkət etsə belə, “ölüm bulud”unun yerdə qalan hissəsini külək cənuba sürükləyib.

Qəza nəticəsində Ukraynada 4 400 nəfər həyatını itirib. Onlardan çoxu partlayışın nəticələrini aradan qaldırmaq üçün əraziyə gələn fəhlələr olub. Ümumilikdə, faciə zamanı 7 000-ə yaxın insan həlak olub, 25 min nəfər güclü radiasiya nəticəsində ömürlük şikəstliklə üzləşib, on minlərlə insan isə sonsuz qalıb.

Bu faciədən sonra Çernobılda doğulan uşaqların 90%-də əlillik yaranıb. Hadisədən neçə illər keçsə də, radiasiyanın fəsadları hələ də Avropada dolaşmaqdadır.

Xatırladaq ki, qəzanın nəticələrinin aradan qaldırılması üçün 1986-ci ildə Çernobıla yeddi min azərbaycanlı göndərilmişdi. Onlardan 2 000 nəfəri Çernobılda aldıqları şüalanmadan vəfat edib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top