Livanda gəmi faciəsi: Matəm elan edildi

HADİSƏ 25.04.2022 1263

Livanın baş naziri Nəcib Mikati aprelin 24-də Tripoli sahillərində suriyalı qaçqınların olduğu gəminin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsinə bazar ertəsi (25 aprel) ölkədə milli matəm elan edib.

Son məlumatlara görə, batmış gəmidən 48 nəfər xilas edilərək sahilə çıxarılıb.

Doqquz nəfər isə suda boğularaq ölüb.

Tripoli limanının direktoru Əhməd Tamerin sözlərinə görə, tutumu 30 nəfər olan qayıq həddindən artıq yüklənib. Kiprə getməyə çalışan qaçqınların dəqiq sayı hələ müəyyən edilməyib.

Axtarış-xilasetmə əməliyyatı davam edir.

XƏBƏR LENTİ
20.04.2024 2016

DİGƏR XƏBƏRLƏR

Loading
Top