Azərbaycan sərhədini keçməyə çalışan Ermənistanın təxribat-diversiya qrupunun üzvü saxlanılıb - YENİLƏNİB

HADİSƏ 25.04.2022 677

Məlumat verildiyi kimi, aprel ayının 23-də Azərbaycan – Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınaraq diversantlar geri çəkilməyə məcbur edilib.

Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupunun üzvü, hərbi qulluqçu Matirosov Eduard Arturoviç Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Əməliyyat şəraiti nəzarətdə saxlanılır.

12:27

Aprel ayının 23-də saat 18:00 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini keçməyə cəhd göstərilib.

Bu barədə Oxu.Az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, Dövlət Sərhəd Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində təxribat-diversiya qrupunun Azərbaycan Respublikasının ərazisinə keçməsinin qarşısı alınmış və diversantlar geri çəkilməyə məcbur ediliblər.

"Dövlət Sərhəd Xidməti bu hadisəni Ermənistan tərəfinin ölkələr arasında delimitasiya komissiyalarının yaradılması və müvafiq işlərin aparılmasına qarşı yönəlmiş təxribat kimi dəyərləndirir. Ermənistan tərəfinin təxribatı ilə bağlı Rusiya Federasiyasının Federal Sərhəd Xidmətinin Ermənistandakı sərhəd idarəsinin nümayəndələri məlumatlandırılıb. Dövlət Sərhəd Xidməti bəyan edir ki, belə hall bir daha baş verərsə tərəfimizdən daha ciddi tədbirlər görüləcəkdir", - deyə məlumatda bildirilir

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top