Azərbaycanın Əməkdar iqtisadçısının doğum günüdür - FOTO

CƏMİYYƏT 25.04.2022 1325

Bu gün ömrünü Azərbaycanın iqtisadiyyatına həsr etmiş Əməkdar iqtisadçı Məmmədov Hüseynbala Məmmədrəfi oğlunun doğum günüdür.

Oxu.Az xəbər verir ki, Məmmədov Hüseynbala 25 aprel 1922-ci ildə Bakı şəhərinin Qala kəndində müəllim ailəsində anadan olub. Orta təhsilini Xəzər rayonun Şüvəlan qəsəbəsində yerləşən 156 saylı tam orta məktəbdə alıb.  Daha sonra Leninqrad (Sankt-Peterburq) şəhərindəki Ümümittifaq Ali Maliyyə Məktəbini bitirib. 

1947-ci ildən müfəttiş, kredit müfəttişi, Bakı şəhəri Dövlət Bankı rayon şöbəsinin rəisi, 1974-cü ildən SSRİ Dövlət Bankının Azərbaycan Respublika Kontorunun rəisi (hal-hazırda - Azərbaycan Milli Bankı - sədr) vəzifələrində çalışıb. 1993-1998-ci illərdə Fəxri təqaüddə olaraq Azərbaycan Respublikası Milli Bankının Yasamal şöbəsinin baş məsləhətçisi işləyib.

Azərbaycan SSR Ali Sovetinin Plan-Büdcə Komissiyasının və Azərbaycan Kommunist Partiyasının Təftiş Komissiyasının üzvü, 10-cu və 11-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.

Böyük Vətən Müharibəsinin iştirakçısı olub və bir sıra orden, medallarla təltif edilib.

Azərbaycanın görkəmli iqtisadçısı 1 avqust 1999-cu ildə vəfat edib.

İqtisadçının qız övladı qeyd edir ki, Hüseynbala Məmmədovu tanıyanlar onu öz sənətini peşəkar səviyyədə bilən mütəxəssisdən əlavə, gözəl təşkilatçı-rəhbər, ədalətli, xeyirxah və müdrik bir insan kimi xatırlayırlar.

 




XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top