Korrupsiyaya Qarşı Mübarizə Fondunun keçmiş əməkdaşı Leonid Volkov və publisist Vladimir Kara-Murza xarici agent olan fiziki şəxslərin reyestrinə daxil edilib.
Bu barədə Rusiya Ədliyyə Nazirliyinin saytında yer alan məlumatda bildirlib.
Həmçinin, qeyd olunub ki, qurum “Exo Moskvı”nın keçmiş baş redaktoru Aleksey Venediktov, jurnalistlər Aleksandr Nevzorov və Sergey Parxomenkonu da xarici media agentləri reyestrinə salıb.