BMT-nin baş katibi Zelenski ilə görüşəcək

SİYASƏT 23.04.2022 789

BMT-nin baş katibi Antonio Quterreş aprelin 28-də Kiyevə yollanacaq.

Bu barədə onun ofisinin saytı məlumat verib.

Quterreş Ukraynanın xarici işlər naziri Dmitri Kuleba, daha sonra isə prezident Volodimir Zelenski ilə görüşəcək. Daha sonra o, BMT agentliklərinin əməkdaşları ilə ukraynalılara humanitar yardımın artırılmasını müzakirə edəcək.

Qeyd edək ki, aprelin 22-də BMT baş katibi Rusiya prezidenti Vladimir Putin və Ukraynanın dövlət başçısı Volodimir Zelenski ilə görüşlərinin keçirilməsi xahişi ilə bu ölkələrin daimi nümayəndəliklərinə məktublar göndərib. Quterreş onlarla Ukraynada sülhün əldə edilməsi istiqamətində təxirəsalınmaz addımları, habelə BMT Nizamnaməsinə və beynəlxalq hüquqa əsaslanan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin perspektivlərini müzakirə etməyi planlaşdırır.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Quterreşin aprelin 26-da Moskvada Putin və xarici işlər naziri Sergey Lavrovla görüşəcəyini təsdiqləyib.

XƏBƏR LENTİ
20.04.2024 2016

DİGƏR XƏBƏRLƏR

Loading
Top