Əfqanıstanda silsilə partlayışlar nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB

DÜNYA 23.04.2022 1180

Əfqanıstanda 33 nəfərin həlak olduğu bildirilən İmam Sahib məscidindəki partlayışla yanaşı, daha iki terror aktı qeydə alınıb.

Belə ki, aprelin 22-də Məzari-Şərif şəhərinin məscidindəki analoji hadisə azı 11 nəfərin həyatına son qoyub, daha 32 nəfər yaralanıb. Bununla yanaşı, Künduz şəhərində baş verən daha bir partlayışda 11 nəfər zərər çəkib.

Son iki insidentə görə İŞİD məsuliyyəti öz üzərinə götürüb.

Mənbə: gazeta.ru

22 aprel, 20:58

Əfqanıstanın Künduz əyalətindəki məsciddə partlayıcı qurğu işə düşüb.

Bu barədə cümə günü Əfqanıstanın “Aamaj News” xəbər agentliyi məlumat yayıb.

Məscid ölkənin şimalında, Künduz vilayətinin İmam Sahib rayonunda yerləşir.

“Tolo News”un hüquq-mühafizə orqanlarındakı mənbələrə və şahidlərin ifadələrinə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 33 nəfər ölüb, 43 nəfərsə yaralanıb.

Yaralılar yerli xəstəxanaya çatdırılıb.

XƏBƏR LENTİ
17.05.2022 1339

DİGƏR XƏBƏRLƏR

Loading
Top