Xorvatiyanın baş naziri rusiyapərəst prezidentləri ilə bütün əlaqələri kəsib

SİYASƏT 22.04.2022 1722

Xorvatiyanın Baş naziri Andrey Plenkoviç Prezident Zoran Milanoviçlə bütün əlaqəni kəsdiyini açıqlayıb.

“Biz onunla Milli Təhlükəsizlik Şurası formatında görüşmək fikrində deyilik. Qətiyyən onunla üzbəüz görüşməyi düşünmürük. Siyasi partiya, hökumət və bir çoxumuzla fərdi olaraq bu qədər vulqar rəftar edə bilən biri ilə vaxt itirmək və fiziki təmasda olmaq istəmirik”, – deyə Plenkoviç bildirib.

Qeyd edək ki, bu bəyanat Milanoviçin baş nazirin partiyasını (HDZ) keçmiş Yuqoslaviyanın məxfi xidməti ilə əlaqəli olduğunu iddia etməsindən sonra verilib.

Baş nazir həmçinin Milanoviçi manipulyator və vandal adlandırıb, onu rusiyayönlü baxışlarına görə ittiham edib.

“Onun onların agenti olub-olmadığını bilmirəm, lakin son iki ayda xarici siyasətilə Xorvatiyaya vurduğu zərər çox böyükdür”, - deyə Plenkoviç vurğulayıb.

“Nə qədər ki, bu hökumət fəaliyyət göstərir, heç bir nazir onunla səfərə getməyəcək, ümumi yığıncaqlar və konfranslar təşkil etməyəcək. Biz onu boykot edəcəyik”, - deyən Plenkoviç əlavə edib ki, Milanoviç bütün partiyaları və hökuməti “quldur” adlandırmaqla həddi aşıb.

Xatırladaq ki, Milanoviç yanvar ayında Ukraynanın NATO-da yeri olmadığını, Rusiya ilə gərginlik yaranacağı təqdirdə Zaqrebin hadisələrdən mümkün qədər uzaq qalacağını bildirmişdi. Fevralın əvvəlində o, Böyük Britaniyanı Ukraynaya dəstək olmaqda ittiham edib və Rusiya ilə razılaşmaya çağırıb, bildirib ki, bunsuz Avropada sabitlik ola bilməz.

XƏBƏR LENTİ
17.04.2024 3170

DİGƏR XƏBƏRLƏR

Loading
Top