Ağ Ev: “Çin ordusu Rusiya Silahlı Qüvvələrinə dəstək verir”

SİYASƏT 22.04.2022 1353

Birləşmiş Ştatlar Çin Xalq Azadlıq Ordusunun Rusiya Silahlı Qüvvələrini dəstəkləməsinin əlamətlərini görür.

Bu bəyanatla ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisinin müavini Dalip Sinqx çıxış edib.

“Çin korporasiyaları və bankları sanksiyalardan birbaşa yan keçməmək baxımından ehtiyatlıdırlar. Bununla belə, ordunun Rusiya hərbçilərinə bir sıra birbaşa və dolayı kanallar vasitəsilə dəstək verdiyinə dair narahatedici sübutlar var”, - Ağ Evin sözçüsü onlayn seminarda bildirib.

O, qeyd edib ki, Pekin və Moskva arasında əlaqələrin inkişafından asılı olmayaraq, hazırda ABŞ-ın Çinlə əməkdaşlığı genişləndirmək üçün taktiki imkanlar pəncərəsi açılıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top