Ramazan ayının iyirmi birinci gününün iftar və namaz vaxtları - FOTO

GÜNDƏM 22.04.2022 1035

Bu gün Ramazan ayının iyirmi birinci günüdür. 

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 22-də iftar vaxtı 19:41-dədir. 

İyirmi birinci günün iftar vaxtı üçün duanı təqdim edirik: 

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!” 

Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Aprelin 22-si üçün namaz vaxtları: 

Sübh azanı 04:25 
Zöhr azanı 12:39 
Əsr azanı 17:27 
Məğrib azanı 19:41 
İşa azanı 20:48 

Allah orucunuzu qəbul eləsin!

 


XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top