Latviya Rusiyanın müdaxiləsini dəstəkləyənləri vətəndaşlıqdan çıxaracaq

SİYASƏT 22.04.2022 1217

Latviya parlamenti vətəndaşlıq haqqında qanuna dəyişiklik edərək Rusiyanın Ukraynaya müdaxiləsini dəstəkləyən şəxslərin vətəndaşlıqdan məhrum edilməsini təsdiqləyib.

Latviya seymindən verilən məlumatda həmçinin qeyd olunur ki, hər-hansı bir şəxsin Ukraynadakı müharibəni dəstəklədiyi barədə məlumatlar dövlət təhlükəsizlik orqanlarına təqdim ediləcək.

Latviya Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, fevralın 24-dən aprelin əvvəlinə kimi Rusiyanın Ukraynadaya müdaxiləsinə dəstək verməklə bağlı 14 cinayət işi başlanıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top