“Vikipediya”da 25 dildə “raşizm”lə bağlı məqalə dərc olunub - FOTO

DÜNYA 21.04.2022 696

“Vikipediya”da “raşizm” haqqında məqalə dərc olunub. Orada terminin etimologiyası, yaranma tarixi və əsas xüsusiyyətləri izah edilib.

“Raşizm - bir növ totalitar, faşist ideologiyası, faşizm və stalinizmin əsas prinsiplərinin simbiozudur. Bu, Rusiya Federasiyasının digər dövlətlərin ərazilərinin işğalı və ilhaqına yönəlmiş barbar geosiyasətinin əsasını təşkil edir, “Rusiya torpaqlarını toplamaq” ideyasına əsaslanır, yerli kollaborasionizm və Rusiyanın beşinci kolonlarının dəstəyinə arxalanır”, - deyə məqalədə izah edilib.

Qeyd edilir ki, “raşizm” termini “Russia” və “faşizm” sözlərini birləşdirir, onda “faşizm” və “irqçilik” sözlərinin həmahəngliyi istifadə edilib.

Bu məqalə 25 dilə tərcümə edilib. Rusiya “Vikipediya”sında raşizmlə bağlı məqalə yoxdur.

 


XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top