Rusiya məktəblərində tarix dərsini birinci sinifdən tədris edəcəklər

DÜNYA 20.04.2022 536

Rusiya Təhsil Nazirliyi orta məktəblərin birinci sinfindən etibarən tarix fənninin öyrədilməsini tətbiq edəcək.

Bu açıqlama ilə Rusiyanın təhsil naziri Sergey Kravtsov çıxış edib.

Qeyd edək ki, hazırda Rusiyanın orta məktəblərində tarix fənninin tədrisi beşinci sinifdən etibarən keçirilir.

“Biz tarixi yaddaşı qorumaq üçün əlimizdən gələni edəcəyik. Və qərara gəldik ki, məktəblərdə tarixin tədrisi birinci sinifdən başlasın”, - Rusiyanın təhsil naziri bildirib.

Xatırladaq ki, Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Rusiya məktəblərində xüsusi tarix dərsi tədris olunub, Təhsil Nazirliyi müəllimləri müvafiq dərs vəsaitləri ilə təmin edib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top