Yaponiya parlamenti Rusiyaya qarşı sərtləşdirilmiş sanksiyaları təsdiqlədi

SİYASƏT 20.04.2022 515

Yaponiya parlamenti aprelin 20-də Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinə dair düzəlişləri təsdiqləyib.

“Xarici valyuta haqqında qanun”a edilən dəyişikliklərdə Rusiya vətəndaşları üçün kriptovalyutadan istifadəyə məhdudiyyətlər nəzərdə tutulub.

Bundan başqa, Yaponiya parlamenti Rusiyadan idxal olunan mallara görə rüsumların artırılmasını dəstəkləyib. Tariflər odun üçün 4,8 faizdən səkkiz faizə, qızılbalıq və kürü üçün 3,5 faizdən beş faizə, yengəc üçün dörd faizdən altı faizə qaldırılıb (azı 2023-cü ilin aprel ayına qədər qüvvədə olacaq).

Bununla belə, Rusiyadan neft, maye qaz və əlvan metalların rüsumsuz idxalı davam etdiriləcək.

Xatırladaq ki, Yaponiya bundan əvvəl Rusiyaya qarşı bir neçə iqtisadi və siyasi sanksiyalar paketini təqdim edib. Belə ki, Yaponiyadan Rusiya Federasiyasına 300-dən çox adda malın ixracı qadağandır.

Bundan başqa, Rusiya Federasiyasının 500 vətəndaşına - biznes nümayəndələrinə, siyasətçilərə və məmurlara qarşı fərdi sanksiyalar tətbiq edilib, rusiyalı səkkiz diplomat Tokiodan çıxarılıb.

Yaponiya hakimiyyəti həmçinin VTB, VEB.RF, “Sberbank” və “Alfa-Bank” da daxil olmaqla, 40-a yaxın Rusiya şirkətinin ölkədəki aktivlərini dondurub.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top