Bakıda sərxoş sürücü qəza törətdi - FOTO/VİDEO

HADİSƏ 20.04.2022 637

Bakının Yasamal rayonunda sərxoş olduğu deyilən sürücü qəza törədib.

APA xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, Qələbə dairəsindən metronun “Koroğlu” stansiyası istiqamətində hərəkətdə olan “Ford” markalı avtomobil yüksək sürətlə eyni istiqamətdə hərəkətdə olan Mahmud Nuriyevə məxsus “Mercedes” markalı avtomobilə çırpılıb.

Zərbə o qədər güclü olub ki, “Mercedes” əks istiqamətdə yolayrıcı betonun üzərinə düşüb.

Qəza nəticəsində “Ford”un sürücüsü xəsarət alıb.

Mahmud Nuriyev APA-ya müsahibəsində bildirib ki, qəza törədən “Ford”un sürücüsü sərxoş vəziyyətdə olub.

Əraziyə Yol Patrul Xidmətinin və Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb ediliblər.

Fakt araşdırılır.

 






XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top