Yedi-içdi, qaza basdı: Toyda qeyri-adi OĞURLUQ - FOTO/VİDEO

HADİSƏ 19.04.2022 411

Gəncədə avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən xəbərə görə, Gəncə Şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin və Təhlükəsiz Şəhər Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşa məxsus VAZ markalı avtomobili qaçırmaqda şübhəli bilinən Tovuz rayon sakini Fikrət Aydınov saxlanılıb.

Araşdırmalar zamanı şübhəli şəxsin qonaq gəldiyi toyda spirtli içki qəbul etdiyi daha sonra Tovuz rayonuna qayıdarkən avtomobil qaçırdığı məlum olub. F.Aydınov Şəmkir rayonunda saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

 


XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top