Qadının evindən oğurluq edən keçmiş məhkumlar SAXLANILDI

HADİSƏ 19.04.2022 817

Şəmkir rayonunda yerli sakinin evindən nəğd pul, qızıl-zinət və müxtəlif məişət əşyaları oğurlayan şəxslər saxlanılıb.

"Report"un məlumatına görə, Şəmkir rayon sakini, V.Məmmədovanın evindən quldurluq yolu ilə 130 manat pul, qızıl-zinət və müxtəlif məişət əşyaları oğurlanıb.

Aparılan araşdırmalar nəticəsində hadisəni törətməkdə şübhəli bilinən keçmiş məhkumlar, Şəmkir rayon Təzəkənd kənd sakinləri, V.İsgəndərov və S.Əsədov Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top