Azərbaycanda milyonluq zərər: Vəzifəli şəxslərə cinayət işi açıldı

HADİSƏ 19.04.2022 777

Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən ətraf mühitə, xüsusilə də qanunsuz qazıntı və hasilat zamanı çay məcraları ilə bağlı ekosistemə əhəmiyyətli ziyanın vurulması faktlarının müəyyən edilməsi istiqamətində aidiyyəti ekoloji dövlət qurumları ilə birgə fəaliyyət davam etdirilir.

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən aparılmış araşdırma nəticəsində Quba rayonunun ərazisində yerləşən “Mirzəqışlaq”, “Talıbqışlaq”, “Qaralçay” və “Qudyalçay” qum-çınqıl yataqlarında qanunsuz qum hasilatı nəticəsində təbiətə ümumilikdə 1 milyon 144 min manat ziyanın dəyməsi müəyyən edilib.

Araşdırma gedişatında hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə ayrılmış ərazilərdə və ayrılmış ərazilərdən kənarda hasilat ilə bağlı çoxsaylı hüquq pozuntuları nəticəsində ətraf mühitə ciddi ziyanın vurulmasına dair əsaslı şübhələr müəyyən edilib. 

Fakt üzrə Cinayət Məcəlləsinin 188 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 255 (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə 5 cinayət işi başlanılıb, istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top