Bakıda ağır qəza: Əks yola çıxan avtomobil qarşıdan gələn maşınla toqquşdu, bir nəfər yaralandı - FOTO

HADİSƏ 18.04.2022 1042

Bakının Xətai rayonunda yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Ayaz İsmayılov küçəsində qeydə alınıb.

Belə ki, adıçəkilən küçədə “AzSamand” markalı avtomobilin sürücüsü qəfil manevr edərək əks yola çıxıb.

Bu zaman “Mercedes” markalı avtomobil “AzSamand”a çırpılıb.

Qəza nəticəsində “AzSamand” markalı nəqliyyat vasitəsində olan bir nəfər xəsarət alıb.

Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

 




XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top