“Gəncliyə Dəstək” İB layihə çərçivəsində Yarməmmədbağı kəndində maarifləndirmə tədbiri keçirib-Foto

CƏMİYYƏT 16.04.2022 1557
“Gəncliyə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Gənclər arasında peşə təhsili və peşə seçiminin təbliği” adlı layihəsi çərçivəsində nəzərdə tutulmuş maarifləndirmə tədbirlərinin beşincisi 16 aprel 2022-ci ildə həyata keçirib. Bu tədbir Yarmməmmədbağı və Lələağacı kəndlərindən 37 nəfər məktəbli, müəllim və valideynin iştirakı ilə Yarməmmədbağı kəndində keçirilib.
Tədbiri açıq elan edən təşkilatın sədr müavini Eldar Xəlilov gənclərin peşə seçimində düzgün qərar verməsinin ölkənin sosial-iqtisadi inkişafına təkan verən aparıcı missiya olduğunu bildirib. Gənclərin gələcək karyeralarında peşə seçiminin önəmli faktor olmasını bildirib.
Təşkilatın sədri Vəfa Xəlilli çıxış edərək Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Təşkilat və layihə haqqında, eyni zamanda layihənin növbəti mərhələləri haqqında məlumat verib.
Tədbirimizdə qonaq olan Zərdab RİH nümayəndəsi Tural Nağıyev çıxış edərək layihənin önəmindən, cəmiyyətdə vacib problemin həllinə yönəldiyindən bəhs edib.
Təşkilatımızın üzvü Nuray Kərimli də layihənin önəmindən danışaraq gənclərə bu istiqamətdə məsləhətlər verdi.
Həmçinin tədbirdə iştirak edən Yarməmmədbağı kənd tam orta məktəbinin direktor əvəzi Zülfiyyə Əhmədova bu aktual mövzu istiqamətində maarifləndirmə etdikləri üçün Agentliyə və Təşkilata təşəkkürlərini bildiriblər.
Tədbir iştirakçılarına materiallar (papka, dəftər, qələm, buklet, təqvim) paylanılıb.
Qeyd edək ki, layihə 4 ay olmaqla Zərdab və Ucar rayonlarında həyata keçiriləcək.
Layihənin məqsədi gənclərin peşə seçimində düzgün qərar vermələrinə, gələcəkdə karyera qurmalarına və məşğulluq problemlərinin risksiz həllinə kömək etmək, real əmək bazarındakı mövcud vəziyyəti düzgün qiymətləndirərək iş tapmaq problemindən onları azad etməkdən ibarətdir.


“Gəncliyə dəstək” İctimai Birliyinin sədri – Vəfa Xəlilli


XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top