Kim Çen Indan “Şimali Koreyanın səsi”nə dəbdəbəli hədiyyə - VİDEO

DÜNYA 16.04.2022 749

Kim Çen In təqaüdə çıxan şimali koreyalı teleaparıcı Ri Çunq-Hiyə dəbdəbəli dupleks mənzil hədiyyə edib.

Bununla bağlı dövlət televiziyasının yaydığı videoda ölkə liderinin diktorun yeni evinə şəxsən baş çəkdiyi əks olunub. Mənzilə baxış keçirərkən Ri Çunq-Hinin Kim Çen Inın əlindən tutduğu, Şimali Koreya liderinin isə güldüyü görünür.

Ri Çunq-Hi 50 ildən artıq Şimali Koreya televiziyasında çalışıb və Qərbdə “Şimali Koreyanın səsi” kimi tanınır. Nüvə silahlarının sınaqları da daxil olmaqla, ölkənin bütün mühüm hadisələrini o elan edib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top