Rusiyalı piyada getmək istəmədiyi üçün maşın oğurlayıb

HADİSƏ 16.04.2022 756

Rusiyanın Voloqda şəhərində tənbəllik ucbatından avtomobilləri oğurlayan şəxs həbs edilib.

Belə ki, ötən gün həyətdən oğurlanan “VAZ-2107” markalı avtomobilin sahibi polisə şikayət edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları əməliyyat-axtarış tədbirləri həyata keçirərək şübhəlini saxlayıblar.

O, əməlini etiraf edib. Kişi bildirib ki, hadisədən öncə dostları ilə əylənib. Səhər isə evə piyada getmək istəmədiyi üçün “VAZ-2107” markalı avtomobili qaçırıb. Oğru yolda ikən qəzaya düşüb və maşını hadisə yerində qoyaraq çıxıb gedib.

Araşdırma zamanı məlum olub ki, vətəndaş daha iki analoji əməl törədib. Hər iki halda, o, piyada gəzmək istəmədiyi üçün bunu etdiyini söyləyib.

İndi avtomobil oğrusunu 5 ilə qədər həbs gözləyir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top