İlk hərrac: Qarabağ atlarından biri satıldı - YENİLƏNİB

GÜNDƏM 15.04.2022 522

Qarabağ atlarından biri hərracda 5500 manata satılıb.

Oxu.Az xəbər verir ki, Azərbaycanda ilk dəfə bu gün Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqroservis” ASC-nin Qobustan Heyvandarlıq Nümayiş Kompleksində Qarabağ cins atları hərrac yolu ilə satışa çıxarılıb.

Hərracda dördyaşar (2018-ci il), erkək cinsli “Sahil” adlı at start qiyməti 5000 olmaqla hərraca çıxarılıb.

“Sahil” atını Tərtər bölgəsində təsərrüfatla məşğul olan Habil İbrahimov alıb.

11:20

Azərbaycanda ilk dəfə bu gün Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqroservis” ASC-nin Qobustan Heyvandarlıq Nümayiş Kompleksində Qarabağ cins atları hərrac yolu ilə satışa çıxarılır.

Oxu.Az xəbər verir ki, hərraca üç Qarabağ atı - “Sahil”, “Zilaxar” və “Sultan” - çıxarılır. Onlara müvafiq olaraq beş min, yeddi min və otuz min manat qiymət qoyulub.

Bununla yanaşı, “Simmental” cinsli inəklərin və “Murciana” keçilərinin dövlət güzəşti ilə satışı həyata keçirilir.

Satışa çıxarılan atlar yüksək potensiala malik, xüsusi seçilmiş heyvanlardır. Bununla yanaşı, kompleksdə Qarabağ atları haqqında canlı və interaktiv məlumatlar verilir. Atların satışı son qiymətə uyğun rəsmiləşdiriləcək və onlar sığortalanacaq.

Qobustan Heyvandarlıq Nümayiş Kompleksinin fəaliyyətinin məqsədi cins damazlıq heyvanlarla yanaşı, yerli cins heyvanların da satışının təşkil edilməsi ilə fermerlərin cins heyvanlara əlçatanlığına nail olunması, yerli damazlıq təsərrüfatlarının yetişdirdiyi heyvanların satışını stimullaşdırmaqla onların inkişafına təkan vermək, ölkədə heyvanların cins tərkibinin yaxşılaşdırılmasına nail olmaq, damazlıq təsərrüfatlar arasında koordinasiya yaratmaqdır.

Kompleksin daxilində heyvan satışını həyata keçirən lizinq şirkətləri, heyvanların sığortalanması üçün sığorta şirkətləri fəaliyyət göstərir. Bütün alqı-satqı, sığorta, lizinq, güzəşt tətbiqi prosesləri vahid mərkəzdə həyata keçirilməklə, xidmətlərin operativliyi və şəffaflığı təmin edilir.

Xatırladaq ki, Qobustan Heyvandarlıq Nümayiş Kompleksi həftə içi beş gün, saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir. Kompleksdə texnika, heyvanlar və satış haqqında məlumatın verilməsi üçün 1 659 satış mərkəzi də fəaliyyət göstərir.

XƏBƏR LENTİ
17.04.2024 3201

DİGƏR XƏBƏRLƏR

Loading
Top