
Abşeron rayonunun Novxanı kəndində dənizdə batan 2 nəfərin adları məlum olub.
Saat24.Az Report-a istinadən xəbər verir ki, batan şəxslər Xırdalan şəhər sakinləri 2009-cu il təvəllüdlü Tacir Azad oğlu Kosayev və Aqil Nahid oğlu Novruzovdur.
Hər iki yeniyetmə 21 saylı Kəlbəcər rayon orta məktəbinin şagirdləridir.
Hazırda hadisə yerində müvafiq qurumlar tərəfindən axtarış-xilasetmə işləri davam etdirilir.
Abşeron rayonunun Novxanı kəndində dənizdə 2 nəfər batıb.
Saat24.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Qeyd olunub ki, nazirliyin "112" qaynar telefon xəttinə Novxanıda dənizdə 2 nəfərin batması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar qurumun Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.