
Azərbaycan Respublikası Prezidentinin "Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında" sərəncamına müvafiq olaraq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgə nəşr etdiyi "Məhəmməd Füzuli. Biblioqrafiya" kitabının və AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat institutunun nəşr etdiyi "Məhəmməd Füzuli. Həyatı və yaradıcılığı" kitabının təqdimat mərasimində iştirak etdim. Füzuli haqqında dərc edilən bu fundamental biblioqrafiyada Füzulinin tədqiqatçısı olaraq 1996-cı ildə yazdığım və müdafiə etdiyim "Füzulişünaslığın təşəkkülü və inkişafı meylləri" mövzusunda namizədlik (fəlsəfə doktoru) dissertasiyamın, dissertasiya işimin avtoreferatının, "Dünyanın tanıdığı Füzili" adlı elmi monoqrafiyamın, füzulişünaslığın tədqiqi ilə bağlı məqalələrimin yer alması çox sevindirici və qürurverici idi.




