Pakistan prezidenti təyyarədən enərkən ayağını sındırdı

Sadə xəbər
DÜNYA 01.11.2024 2392

Pakistan prezidenti Asif Əli Zərdari oktyabrın 30-da axşam Dubay Beynəlxalq Hava Limanında təyyarədən enərkən ayağını sındırıb.

"Saat24.az" xəbər verir ki, bu barədə “Dawn” qəzeti prezident katibliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, dövlət başçısı yıxıldıqdan sonra dərhal xəstəxanaya aparılıb və tibbi müayinədən sonra ayağına gips qoyulub. Qeyd olunur ki, Zərdariyə tam istirahət təyin olunub. Prezident dörd həftə ərzində gips taxmalı olacaq.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top