Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının rəhbərliyi və fəalları işğaldan azad olunmuş Şuşa şəhərində səfərdə olublar-Foto

Manşet
CƏMİYYƏT 10.06.2024 4273
Saat24.Az-ın məlumatına görə 15 iyun – Milli Qurtuluş Günü münasibətilə Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının rəhbərliyi və fəalları işğaldan azad olunmuş Şuşa şəhərində səfərdə olublar.
Səfər çərçivəsində Şuşa şəhəri ilə tanışlıq olub.
Onlara Xurşid Banu Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin erməni işğalçıları tərəfindən güllələnmiş heykəllərinin qoyulduğu Şuşa şəhər mərkəzi meydanı, Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı, Şuşa qalasının Gəncə qapısı, XVIII əsr Azərbaycan şairi Molla Pənah Vaqifin məqbərəsi, Yuxarı Gövhər ağa məscidi və Cıdır düzü barədə məlumat verilib. Həmçinin, Şuşanın tarixi, dağıdılmış abidələrin bərpası istiqamətində həyata keçirilən tədbirlər, şəhərin yenidən qurulması məqsədilə görülən işlər haqqında da danışılıb.
Şuşa şəhəri ilə tanışlıq səfər iştirakçılarında yüksək təəssüratlar yaradıb. Bir daha Ümummilli Lider Heydər Əliyevin Qarabağ, Şərqi Zəngəzur, o cümlədən Şuşa vəsiyyətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılmasının əyani şahidi olublar.

Ramil Mehdiyev,
Nizami Rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyinin İnnovativ ideyaların reallaşdırılması və kommunikasiya şöbəsinin müdiri
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top