BMT-dən Gürcüstanla bağlı qətnamə

DÜNYA 05.06.2024 4058

BMT Baş Assambleyası bütün məcburi köçkünlərin və qaçqınların Abxaziya və Sxinvaliyə qayıtmaq hüququnu təsdiq edən qətnamə qəbul edib.

"Saat24.az" BMT-nin saytında yayımlanan məlumata istinadən xəbər verir ki, qətnamə 103 lehinə, 9 əleyhinə və 53 bitərəf”səslə qəbul edilib.

Qətnaməyə əsasən, bütün məcburi köçkünlər və qaçqınlar, eləcə də onların nəsilləri etnik mənsubiyyətindən asılı olmayaraq, Abxaziya və Sxinvali regionu (Cənubi Osetiya) da daxil olmaqla Gürcüstandakı öz evlərinə qayıtmaq hüququna malikdir.

Qətnamədə Gürcüstanda münaqişələrdən zərər çəkmiş bütün məcburi köçkünlərin və qaçqınların mülkiyyət hüquqlarına hörmət edilməsi və bu hüquqların pozulması ilə əmlak əldə etməkdən çəkinməyin zəruriliyi vurğulanır.

Sənəddə məcburi demoqrafik dəyişikliklərin qəbuledilməzliyi bir daha təsdiqlənir, Gürcüstan ərazisində münaqişənin təsirinə məruz qalan bütün ərazilərdə yaşayan bütün məcburi köçkünlər, qaçqınlar və digər şəxslər üçün humanitar fəaliyyətlərə maneəsiz çıxışın təcili ehtiyacı vurğulanır.

Sənəddə bu prosesin təşkili üçün qrafikin hazırlanmasının vacibliyi də qeyd olunub. 

XƏBƏR LENTİ
17.06.2024 2874

DİGƏR XƏBƏRLƏR

Loading
Top