Gözel ve ağıllı qadın Gücdür!

Sadə xəbər
CƏMİYYƏT 31.05.2024 1840


1.Ağıllıdırsa

Hər bir kişinin ona həyat yolunda dəstək ola biləcək qadına ehtiyacı var. Belə bir deyimi çox eşitmişik "Hər uğurlu kişinin arxasında güclü qadın var" - bu həqiqətdir. Ağıllı qadından möhkəm yapışın, çünki həyatınız maraqlı, onun müdrikliyi isə sizə dəstək olacaq. Ağıllı məsləhətləri ilə sizə doğru yol göstərəcək.

2. GÖZƏLDİRSƏ

Xarici gözəlliyin çox da vacib olmadığını deyən kişilər də var. Amma sevdiyiniz qadın həm də gözəldirsə, bunu dəyərləndirin. Bu qorxulu deyil. Əlbəttə, qadının gözəlliyi siz gördüyünüz qədərdir. Bu gözəlliyin dəyəri də sizdən asılıdır. Gözəlliyə düzgün qiymət verməyi bacarın.

3. QAYĞIKEŞ VƏ XEYİRXAHDIRSA

Yaxşı insanlar xeyirxah olur. Sizdə bu duyğunu yaratmayan qadından ayrılın. Bu vacib keyfiyyətdir. Xeyirxah və qayğıkeş qadın gözəl və həssas anadır.

4.Qadın enerjili və şəndirsə

Həyatımızda çətinliklər, sıxıldığımız anlar olur. Kişini daim əyləndirmək qadının borcu deyil, amma enerjili və şən qadınla sizə daha rahat olacaq

6. Güzəştə getməyi bacaran qadınlar

Əks cinslərin münasibətində güzəştə getmək bacarığı çox önəmlidir.Güzəştsiz heç bir münasibət davamlı olmur.Qadın güzəştə gedirsə, onunla rahat olacaq.

7. Qadın ev duyğusu yaradır

Sevmək - sevgi həm də evinin olması – bu dünyada olacağın yeri tapmaqdır. Onun yanında bu hissi yaşayırsızsa, "bu qadın mənim evimdir” fikri yaranıbsa, heç yerə getməyin. O, sizin evinizdir. Siz öz yerinizi tapmısız.

8. Sizin səhvlərinizə sevinmir

Başqasının səhvini görmək daha asandır. Seçdiyiniz qadın səhvlərinizi düzəltməkdə sizə kömək edə bilirsə, o dostunuzdur.

9. Həm güclü, həm də məlahətlidir
Bir – birinə əks görünə bilər. Əslində güclü qadın məlahətli olmağı bacarır. Belə qadınlar öz dəyərini bilir; qadın olmağından qürur duyur. Belə qadınla münasibətdən ehtiyat etməyin.

10. Ehtiraslıdırsa

Ehtiras həyatımızı gözəlləşdirir. Burda yalnız cinsi ehtirasdan söhbət getmir. Əsas məsələ yaşamaq – həyatın gözəlliyini duyaraq yaşamaq ehtirasıdır. Belə qadın sizi bezdirməz.

Azəriqaz qadınlar şurasının sədri Gülnar Rəhimqızı.
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top