Zərdab məktəblisinin növbəti uğuru -Foto

Sadə xəbər
CƏMİYYƏT 30.01.2024 2453

Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən "Sabahın alimləri" Xlll Respublika Müsabiqəsi çərçivəsində sərgidə iştirak edəcək şagirdlər müəyyənləşdirilib.

Saat24.Az-ın məlumatına görə müsabiqənin nəticələrinə əsasən Zərdab şəhəri 1 nömrəli məktəb-liseyin X sinif şagirdi Ağayev Cavid Şahin oğlunun riyaziyyat fənni üzrə təqdim etdiyi mövzu yüksək qiymətləndirib və 10-13 fevral tarixlərində Bakı şəhərində keçiriləcək yekun turunda təqdimatı həyata keçiriləcək.

Bu münasibətlə Cavidi, onun valideynlərini və müəllimlərini Zərdab rayon təhsil sektorunun rəhbərliyi təbrik edir, yeni-yeni nailiyyətlər arzulayır.

Qeyd edək ki, Cavidin uğurlarının əldə olunmasında onun riyaziyyat müəllimi, təhsilin inkişafındakı xidmətlərinə görə Tərəqqi medalı ilə təltif edilmiş Rauf Rəhimovun xüsusi rolu olmuşdur.
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top