"İl-76-nın göyərtəsində məhbuslar olubsa, cəsədləri Ukraynaya verilməlidir" - BQXK

Sadə xəbər
DÜNYA 27.01.2024 3162

Rusiyanın İl-76 hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində ölən ukraynalı məhbuslar varsa, onların cəsədləri Ukraynaya qaytarılmalıdır.

"Saat24.az" xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin Ukraynadakı nümayəndə heyətinin spikeri Aleksandr Vlasenko deyib.

"Ölənlərin cəsədlərindən danışırıqsa, onların münaqişədə iştirakından danışmaq absurddur, ona görə də cəsədlər mümkün qədər tez qaytarılmalıdır. Biz bu işdə - meyitlərin dəyişdirilməsində müəyyən iştirak edirik", - Vlasenko vurğulayıb.

Lakin BQXK nümayəndəsinin sözlərinə görə, belə bir mübadilə üçün daha çox vaxt keçməlidir. 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top