Millət vəkilləri və jurnalistlər imtahanda - FOTOLAR

Sadə xəbər
CƏMİYYƏT 24.01.2024 2353

Qərbi Kaspi Universitetində qış imtahan sessiyasının gedişini müşahidə etmək məqsədi ilə millət vəkilləri və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə Açıq Qapı Günü təşkil olunub
Saat24.Az xəbər verir ki, ayrı-ayrı auditoriyalarda imtahan prosesini izləyən qonaqlara imtahanların gedişi, təşkili qaydaları, elektron universitetin formalaşdırılması istiqamətində görülən işlər barədə məlumat verilib. Bildirilib ki, tələbələr imtahanların nəticələri barədə məlumatları universitetin saytından, öz şəxsi kabinetlərinə daxil olaraq əldə edə bilirlər.


Açıq Qapı Günündə Milli Məclisin deputatları – Jalə Əliyeva və Məzahir Əfəndiyev, siyasi şərhçi, Azərbaycan Televiziyasının İctimai-Siyasi Proqramlar Departamentinin direktoru Tofiq Abbasov, “Bakupost” saytının baş redaktoru Elçin Zahiroğlu, "Tribuna" İnformasiya Agentliyinin baş redaktoru Əlişir Əhəd, "Yenilik.az" saytının baş redaktoru Xanlar Xoca iştirak ediblər.












Şərhlər
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top