Türkiyə Azərbaycana 14 milyon manat qrant ayırdı

CƏMİYYƏT 12.01.2024 2981

25 dekabr 2023-cü il tarixində Ankarada imzalanmış “Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında Qrant Sazişi” qüvvəyə minib.

"Saat24.az" xəbər verir ki, bununla bağlı məlumat “Resmi Gazete”də dərc olunub.

Məlumata görə, Türkiyə Xəzinədarlıq və Maliyyə Nazirliyi və Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında imzalanmış müqaviləyə əsasən; Türkiyə “Türkiyə-Azərbaycan Beynəlxalq Meşə Tədris Mərkəzi və Fidanlıq Təsərrüfatı” layihəsi çərçivəsində Azərbaycana 250 milyon TL-yə (14 175 000 AZN) qədər qrant verəcək.

Qrant layihənin maliyyələşdirilməsinə sərf olunacaq. Layihənin dəyəri 250 milyon TL-dən az olarsa, Azərbaycan qalan qalığı tələb etməyəcək. 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top