Daha bir ölkə eynicinslilərin nikahını qanuniləşdirir

DÜNYA 11.01.2024 3014

Yunanıstanın baş naziri Kiriakos Mitsotakis hakimiyyətin eynicinsli nikahları qanuniləşdirmək, eləcə də eynicinsli cütlüklərə uşaqları övladlığa götürməyə icazə vermək niyyətlərini təsdiqləyib.

"Saat24.az" xarici KİV-ə istinadən xəbər verir ki, Mitsotakisin sözlərinə görə, eynicinsli nikahları və homoseksual cütlüklərin uşaqları övladlığa götürməsini qanuniləşdirmək üçün qanunvericilik təşəbbüsləri artıq bir çox Avropa ölkələrindəkindən əsaslı şəkildə fərqlənmir.

Eyni zamanda, o, “tək kişinin surroqat anadan uşaq sahibi ola bilməyəcəyini” vurğulayıb.

Yunanıstanın baş naziri təsdiq edib ki, sağçı Yeni Demokratiya partiyasını təşəbbüslər üzrə səs verməyə məcbur etməyəcək və Pravoslav Kilsəsinin əhəmiyyətli təsirə malik olduğu yunan cəmiyyətində məsələ ilə bağlı kompromis tapmağa çalışır.

Mitsotakis əmin edib ki, Yunanıstan hökumətinin eynicinsli cütlüklərin evlənməsi və uşaqları övladlığa götürməsi ilə bağlı xüsusi qanunvericilik təklifi əvvəlcə ictimai müzakirəyə təqdim olunacaq.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top