İsrail əsgərləri Qəzzada yardım karvanına atəş açıb

DÜNYA 29.12.2023 1943

Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) Qəzza direktoru Tomas Uayt, İsrail əsgərlərinin blokada altındakı Qəzza zolağının şimalından qayıdan humanitar yardım karvanına atəş açdığını açıqlayıb. 

“Saat24.az” xarici KİV-ə istinadən bildirir ki, sözügedən  karvana İsrail ordusunun təyin etdiyi marşrutda olarkən hücuma məruz qaldığına diqqət çəkən Uayt, hücumda heç kəsin xəsarət almadığını bildirib.

Hücum zamanı konvoydakı bir avtomobilin zədələndiyini bildirən Uayt, “Yardım işçiləri heç vaxt hədəf olmamalıdır”,- deyə məlumat paylaşıb. 

İsrail ordusu hücumla bağlı hələlik açıqlama verməyib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top