![](https://cdn.saat24.az/uploadedfiles/custom/2023/12/20/1/b6c9229c-ac5b-41f3-8f24-d742252eb488/1666159905_merkezi-bank-1.jpg)
Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti dəfə uçot dərəcəsini endirib.
"Saat24.az" AMB-yə istinadən xəbər verir ki, Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 8,5%-dən 8.00%-ə, faiz dəhlizinin aşağı həddi 7.0%-dən 6,5%-ə, faiz dəhlizinin yuxarı həddi isə 9,5%-dən 9.0%-ə endirilib.