ABŞ-da 20 ildə ilk dəfə malyariyaya yoluxma qeydə alınıb

DÜNYA 27.06.2023 2533

Amerikalı həkimlər 20 ildə ilk dəfə olaraq ölkə daxilində malyariya yoluxma hallarını qeydə alıblar.

"Saat24.az" xəbər verir ki, bu barədə ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi məlumat yayıb. Bildirilib ki, beş yoluxma hadisəsinin dördü Floridada, biri isə Texasda olub.

Qurum yerli hakimiyyət orqanlarını xəstəliyin yayılmasının qarşısının alınması üçün nəzarəti gücləndirməyə, eləcə də zərurət yarandıqda malyariyanın müalicəsi üçün dərman vasitələrinə sürətli çıxışı təmin etməyə çağırıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top