Zərdabda Heydər Əliyevin 100-cü ildönümü ilə əlaqədar tədbir keçirilib

CƏMİYYƏT 10.05.2023 3526

Zərdabda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.

Saat24.Az xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, Qarabağ müharibəsi qaziləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları öncə Ümummilli Liderin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.

Daha sonra rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri tərəfindən Ulu Öndər Heydər Əliyevin rayona səfərlərini əks etdirən fotolardan ibarət sərgiyə baxış keçirilib.

Rayon Heydər Əliyev Mərkəzində davam edən tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə açaraq Azərbaycan xalqının dövlətçilik ənənələrinin formalaşdırılmasında, azərbaycançılıq məfkurəsinin mühüm elementlərinin inkişaf etdirilməsində Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıb.

Bildirilib ki, müasir Azərbaycan tarixinin bir çox parlaq səhifələri, heç şübhəsiz ki, Ulu Öndər Heydər Əliyevin adı ilə, onun irimiqyaslı və çoxşaxəli dövlətçilik fəaliyyəti ilə bağlıdır.

Vurğulanıb ki, Ulu Öndərin 1969-cu ildə siyasi hakimiyyətə gəlişindən sonra Azərbaycan böyük quruculuq və yaradıcılıq mərhələsinə, həyatın bütün sahələrində sürətli inkişaf və tərəqqi yoluna qədəm qoyub. Bu dövrdə milli gəlir, sənaye və kənd təsərrüfatında ümumi məhsulun həcmi dəfələrlə artıb, iqtisadiyyatın inkişaf etdirilməsinə əvvəlki onilliklərdə olduğundan daha çox əsaslı vəsait qoyulub, yüzlərlə iri zavod və fabrik tikilərək işə salınıb. Həmin illərdə digər sahələr ilə yanaşı, iqtisadiyyatın inkişafı istiqamətində də mühüm işlər görülüb. Hələ o illərdə bu tədbirləri həyata keçirən dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyev Azərbaycanın gələcəyini və bugünkü müstəqilliyini düşünürdü. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirir. Ulu Öndər Heydər Əliyev siyasətinin müvəffəqiyyətlə həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, beynəlxalq aləmdə Azərbaycanın rolunu və nüfuzunu artırır.Sonra ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Əsrin adamı” sənədli film nümayiş olunub.

Tədbir çərçivəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar rayonun Həsən bəy Zərdabi parkında konsert proqramı təşkil edilib. Tədbirdə respublikanın tanınmış incəsənət ustalarının və rayonun mədəniyyət kollektivlərinin konsert proqramı çıxış edib, sonda atəşfəşanlıq olub.












 








 








XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top