Ərdoğanın canlı yayımda halı PİSLƏŞDİ - VİDEO

HADİSƏ 26.04.2023 1441

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Kanal 7" və "Ülke TV"də canlı yayımına qatılıb.

"Saat24.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki,  saat 22:00-da başlayacağı açıqlanan veriliş saat 23.30-da başlayıb və Ərdoğan canlı yayımda gündəmi dəyərləndirərkən yayım qəfil kəsilib.

Bildirilir ki,  Türkiyə lideri özünü pis hiss etdiyinə görə canlı yayım qısa müddətlik dayandırılıb.  Həmin vaxt “Ülke TV”nin baş redaktoru Həsən Öztürk rejissoru “reklam” adlandıraraq ayağa qalxmağa çalışıb. Ekranda “vay-vay” səsi əks olunub və kameralar Ərdoğanı göstərməmiş proqram qəfil kəsilib. Təxminən 20 dəqiqəlik fasilədən sonra proqram davam etdirilib.

Yayım bərpa ediləndən sonra Ərdoğan iki gündür gərgin təbliğat kampaniyasında olduğunu və bir qədər soyuqladığını bildirib.

Prezident buna görə izləyicilərdən üzr istəyib.
 


 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top